Tennessi ştatında silahlı insidentdə 2 nəfər ölüb, 14 nəfər yaralanıb

2024/04/25bcc-1713677002.jpg
Oxunub: 139     08:49     21 Aprel 2024    
ABŞ-nin Tennessi ştatının Memfis şəhərində əyləncə gecəsində baş vermiş silahlı insident nəticəsində azı iki nəfər ölüb, 14 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə şəhər polisinin “X” səhifəsində dərc edilmiş məlumatda deyilir.

Bildirilib ki, yaralılardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə polisin icazəsiz keçirildiyini bildirdiyi küçə şənliyində baş verib. Ümumilikdə şənlikdə 200-300 nəfər iştirak edirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tennessi   Silahlı-insident  


Bizi "telegram"da izləyin