Maldivdə parlament seçkiləri keçirilir

2024/04/Ekran-1713676891.jpg
Oxunub: 123     08:15     21 Aprel 2024    
Maldiv adalarında növbəti parlament seçkilərində səsvermə keçirilir.

Ordu.az xəbər verir ki, yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 07:00) ölkə üzrə 600-dən çox seçki məntəqəsi açılıb və saat 17:30-da (Bakı vaxtı ilə 16:30) bağlanacaq. Bundan sonra səslərin hesablanmasına başlanacaq. Seçkilərin nəticələrinin yeddi gün ərzində açıqlanması planlaşdırılır.

Ada dövlətinin seçki komissiyası bildirib ki, hazırda ölkədə, demək olar, 285 min səsvermə hüququna malik vətəndaş var. Onlar 93 seçki dairəsində Maldiv adalarının Xalq Məclisinin (birpalatalı) üzvlərini seçəcəklər. Yeddi siyasi partiyadan 368 namizəd, o cümlədən bitərəflər deputat mandatı uğrunda mübarizə aparır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Maldiv Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə paytaxt Male şəhərində səfərdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maldiv   Seçki  


Bizi "telegram"da izləyin