WP: Qərbdə Rusiya aktivlərinin müsadirə edilməsi məsələsində konsensus yoxdur

2024/04/28d4b-1713676581.jpg
Oxunub: 157     05:21     21 Aprel 2024    
Avropa ölkələrinin iqtidarları Rusiyanın dondurulmuş suveren aktivlərini müsadirə etməkdən imtina edir, onlar bunun beynəlxalq hüququ poza biləcəyindən, investorların avroya etibarından çəkindirə biləcəyindən və Rusiyadan cavab tədbirləri görəcəyindən ehtiyatlanır.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Avropa rəsmiləri Vaşinqtonun aktivlərin böyük əksəriyyətinin Avropada olduğuna görə riskli addımlar atmağa çalışmasından qəzəblənirlər. Məqalədə qeyd olunub ki, bu baxımdan Rusiyanın cavab tədbirləri, çox güman ki, ilk növbədə Köhnə Dünyaya təsir edəcək.

ABŞ-nin maliyyə naziri Janet Yellen bu həftə Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının rəhbər orqanlarının Vaşinqtonda keçirilmiş yaz toplantısı çərçivəsində avropalı həmkarları ilə görüşüb və Rusiyanın aktivləri məsələsində kompromis tapmağa ümid edib. Nəşrin həmsöhbəti qeyd edib ki, ABŞ-nin Avropadakı müttəfiqləri və tərəfdaşları Ukraynanın daha çox köməyə ehtiyacı olduğu qənaətindədirlər, lakin konkret məsələlərdə konsensus yoxdur.

“Biz Rusiyanın suveren aktivlərinə Ukraynanın maliyyələşdirilməsi probleminin davamlı orta və uzunmüddətli həlli kimi baxırıq”, – qəzetin ABŞ Maliyyə Nazirliyindəki mənbəsi vurğulayıb.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Rusiya  


Bizi "telegram"da izləyin