Riqa Bakı ilə İrəvan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

2024/04/Ekran-1713676420.jpg
Oxunub: 173     03:32     21 Aprel 2024    
Latviya Azərbaycanla və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Latviyanın yeni təyin olunmuş xarici işlər naziri Bayba Braje sosial şəbəkədə bildirib.

“Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata bəyannaməsi əsasında sərhədin delimitasiyası ilə bağlı irəliləyişə dair razılığa gəldiyi xəbərini alqışlayıram.

Diplomat bunun Bakı ilə İrəvan arasında “davamlı sülh razılaşması yolunda mühüm addım” olduğunu vurğulayıb.

Xatırladaq ki, aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Riqa   Bakı   İrəvan  


Bizi "telegram"da izləyin