Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

2024/04/fabbd-1713609137.jpg
Oxunub: 127     13:48     20 Aprel 2024    
Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.

Ordu.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bunun qarşısını almaq lazımdır: “Bütün vasitələrlə buna mane olmağa çalışırıq. Bütün problemlərin dialoq yolu ilə beynəlxalq hüquqa uyğun şəkildə həllini tapmasını istəyirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin