İranın Brüsselə cavabı: Ermənistana “5 aprel” əvəzinə nə təklif edilir?

2021/08/zenge-1628236712.jpg
Oxunub: 417     14:28     20 Aprel 2024    
Yaxın vaxtlarda iqtisadi əlaqələri dərinləşdirmək məqsədilə iki İran nümayəndə heyəti Ermənistana gedəcək. İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin sözlərinə görə, bunlardan biri İrəvanın maraqlı olduğu İranın Çabahar limanında Ermənistan üçün ərazi məsələsi ilə bağlı olacaq.

Aprelin 16-da mətbuat konfransı keçirən İran səfiri bəyan edib ki, Ermənistan İran üçün Qara dənizə, İran isə Ermənistan üçün cənuba, Hindistana gedən “nəfəs borusu”dur. İran səfiri əslində İranın Ermənistanda iqtisadi maraqlarının artdığını açıqlayıb, sonuncunun Qərbə istiqamətlənməsinin az nəticə verəcəyini bildirib. Əlbəttə, bunların hansı dərəcədə praktikliyə malik olduğu aydın deyil, amma burada, bəlkə də ilk baxışdan görünməyən bir fonda vurğular olduqca diqqətəlayiqdir. Söhbət Brüsseldə baş tutan 5 aprel görüşündən, bunun məzmunundan və vurğularından gedir.

Əlbəttə, burada da böyük praktiklik məsələsi var, lakin tendensiyalar diqqətə layiqdir. Faktiki olaraq Ermənistan məsələsində ABŞ-Avropa görüşünə iqtisadi vurğulara İranın başqa iqtisadi vurğular şəkildə dolayı reaksiyası səslənir. Burada geosiyasəti qeyd etmək lazımdır. Brüssel formatının əsasında şübhəsiz ki, Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyə və Avropaya nəqliyyat əlaqələri halı dayanır.

İran praktikada Ermənistana cənub-şimal məntiqini təklif edir. Burada qeyd etmək lazımdır ki, Tehranın təklifi bəlkə də Fransa üçün cəlbedici görünür. Fransa Azərbaycan və Türkiyədən keçən yolu nəzərdə tutan Orta Dəhliz məntiqinə, yumşaq desək, həvəslə yanaşmır. Fransa üçün bu, bölgədə Azərbaycan və Türkiyədən asılılıq deməkdir. Ermənistan isə vəziyyəti “Sülh kəsişməsi” adlı qondarma ideya ilə idarə etməyə çalışır. Bu, çətin ki, əlçatan idarəetmə aləti olsun. Bununla belə bunun altında qərarların qəbul edilməsinin mümkün qədər böyük potensial formalaşdırmaq imperativi var. Yəni, Paşinyan sözügedən “ideyası” ilə özünə manevr imkanı təmin etməyə çalışır, bu düşüncə ilə həm Zəngəzur dəhlizini, həm də İranın təklif etdiyi layihəni optimallaşdırmağa çalışır.

İranın Ermənistan-Qərb razılaşmalarına hansı “həvəs”lə yanaşacağı, Fransa vasitəsilə “baryer” qurmağa cəhd edib-etməyəcəyi açıq sual olaraq qalır. Hər bir halda İran Ermənistana hələlik iqtisadi və siyasi baxımdan yumşaq təzyiq göstərir, onu istiqamətləndirməyə çalışır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran   Böhran  


Bizi "telegram"da izləyin