“Bu, Azərbaycan üçün nailiyyətdir, lakin Ermənistan üçün də mühüm nailiyyətdir” - Paşinyan (ƏTRAFLI)

2024/04/344-1713603239.jpg
Oxunub: 442     12:53     20 Aprel 2024    
“Bu, Azərbaycan üçün nailiyyətdir, amma onu da vurğulamaq istəyirəm ki, bu, Ermənistan üçün mühüm nailiyyətdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Stepanavanda jurnalistlərə açıqlamasında Ermənistan və Azərbaycan arasında ötən gün imzalanmış protokolu şərh edərkən deyib.

“Əslində Ermənistan və Azərbaycan artıq bir-birinin ərazi bütövlüyünün tanınmasını ikitərəfli imzalarla təsdiqləyiblər. Təsdiq ediblər ki, demarkasiya prosesində yeni sərhəd yaradılmayıb, lakin SSRİ-nin dağılması zamanı hüquqi əhəmiyyət kəsb edən de-yure sərhəd bərpa olunacaq. Bu, mühüm nüansdır, çünki bilirsiniz ki, 1988-1991-ci illərdə müəyyən hərəkatlar, hadisələr olub. Bu müzakirələr zamanı əsas müzakirələrdən biri SSRİ-nin dağılması zamanı de-yure hüquqi sərhədlərin təkrar formalaşdırılması faktını nəzərə almaq üçün necə formalaşdırmaq lazım olduğu idi. Onu da qeyd etmək istəyirəm ki, bu hadisəni suverenliyimizin, müstəqilliyimizin və inkişafımızın növbəti mərhələsinin təməl daşı kimi qiymətləndirirəm. Bu təməl daşının ətrafında tikinti, yaradıcılıq prosesini həyata keçirməyi bacarmalıyıq”, - deyə o qeyd edib.

Paşinyan bildirib ki, bu qərar Ermənistan sərhədi boyunca mövcud olan təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə azaldacaq.

Ermənistan Baş naziri vurğulayıb ki, əslində Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni masa arxasında həll ediblər.

“Ötəngünkü bəyanata gəlincə, əvvəlcə baş verənlərin siyasi əhəmiyyətini qiymətləndirmək istərdim. Mən istəməzdim ki, baş verənləri həddindən artıq qiymətləndirək. Amma bunu az qiymətləndirməyimizi də istəməzdim, çünki qeyd etmək çox vacibdir ki, əslində Ermənistan və Azərbaycan ilk dəfə olaraq masa arxasında bir məsələni həll ediblər”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin