Ermənistan müdafiə nazirinin keçmiş müavini: “Paşinyan hakimiyyətini xaricdən gələn dəstək sayəsində saxlayır”

2024/01/1705741084.jpg
Oxunub: 152     14:40     20 Aprel 2024    
“Ermənistanın təhlükəsizliyi daxili resurslar əsasında qurulmalı, milli peşəkarlar bu resursları nümayiş etdirməli və insanların, o cümlədən diasporun səylərini bunların ətrafında birləşdirə bilməlidirlər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

“Yəni yaxın 5-10 ildə Ermənistan üçün belə proqramlar və aksiyalar elan edə biləcəklər ki, bu da ən azı müttəfiq dövlətlərimiz, ilk növbədə Rusiya və İran üçün başa düşülən və anlaşılan olacaq”, - deyə Zakaryan qeyd edib.

O bildirib ki, dünya sırf milli maraqlara əsaslanan siyasətə gedir, İran, Çin, Hindistan, Rusiya, ABŞ, ayrı-ayrı Avropa ölkələri buna nümunədir, yəni qloballaşma artıq tükənmiş bir anlayışdır, Aİ isə cəlbediciliyini itirmək yolundadır.

Zakaryan əlavə edib ki, Paşinyan hakimiyyətini ancaq kənardan və xaricdən gələn dəstək sayəsində saxlayır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Dəstək  


Bizi "telegram"da izləyin