Erməni ekspert: “Rəsmi xəritədə bütün bunlar daha “gözəldir” və təhvil verilən ərazilər görünmür”

2024/04/1713599080.jpg
Oxunub: 283     14:00     20 Aprel 2024    
“Bibiş (Berkaber)-Bağanis sektorunda demarkasiya. Əslində, Ermənistan Azərbaycana mavi ilə qeyd olunan (Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altında olan) sektorları verir”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Davit Qalstyan “Facebook” səhifəsində yazıb və xəritə pyaylaşıb.

“Voskepar (Əskipara) və Bibiş yaxınlığındakı yaşıl zonalar hələ də “havadadır”. Güney (Kirants) yolun bir hissəsindən (körpü + yolun bir hissəsi) məhrumdur. Bibiş torpaqları (qırmızı) Azərbaycanın nəzarətində qalır. Qısa desək, Azərbaycan torpaq alır və Ermənistan Silahlı Qüvvələrinin müdafiə xəttindən yan keçir. Ermənistan “demarkasiya ilə bağlı təhlükəsizlik risklərinin azaldılması”nı alır. Faktiki olaraq heç bir şey almır. P.S. Rəsmi xəritədə bütün bunlar daha “gözəldir” və təhvil verilən ərazilər görünmür”, - deyə Qalstyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Demarkasiya  


Bizi "telegram"da izləyin