“Hraparak”: Demarkasiya məsələləri üzrə komissiya xəbər yayaraq, erməni xalqına cəzanı, azərbaycanlılara isə növbəti hədiyyəni elan edib

2024/04/60-62-1713598437.jpg
Oxunub: 242     12:20     20 Aprel 2024    
Ötən gün demarkasiya məsələləri üzrə komissiya xəbər yayaraq, erməni xalqına cəzanı, azərbaycanlılara isə növbəti hədiyyəni, yəni 4 kəndin verilməsini və Tavusdan sərhədin demarkasiyasına başlanılmasını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, cəmi 2 gün əvvəl Tavusda Nikol Paşinyan kəndlilərin başının altına yumşaq yastıq qoymağa çalışsa da, bunun sadəcə mübadilə olacağına inandırsa da, ötən gün onların növbəti dəfə aldadıldığı məlum olub.

“Təsadüfi deyildi ki, ötən gün Azərbaycan KİV-i baş verənləri İlham Əliyevin qələbəsi, Azərbaycan xalqına ən böyük hədiyyə hesab edərək sevinirdi. İlham Əliyevin taktiki və diplomatik qabiliyyətinə heyran qalırdılar ki, Azərbaycan Ordusu düşmənin mövqelərini bir güllə də atmadan tutur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tavus   Azərbaycan   Demarkasiya  


Bizi "telegram"da izləyin