“Hraparak”: Torpaqların təhvil verilməsi məsələsi həll olunarkən, Paşinyan sevimli Kral Papa haqqında tamaşadan həzz alırdı

2024/04/1713598315.jpg
Oxunub: 164     12:10     20 Aprel 2024    
Tavusdakı torpaqların təhvil verilməsi məsələsi həll olunarkən, Kotayk vilayətinin Zar kənd məktəbində Nikol Paşinyan sevimli Kral Papa haqqında tamaşadan həzz alırdı.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, səfərdən əvvəl direktor Amalya Hovhannisyanın göstərişi ilə məktəbin divarından ləğv edilmiş qondarma qurumun “bayrağı” götürülüb.

Hovhannisyan nəşrə açıqlamasında deyib ki, belə bir şey olmayıb, “bayraq” götürülməyib.

Ancaq nəşrin məktəbdəki mənbələri “bayrağ”ın götürüldüyünü iddia edib.

“Niyə Kral Papa, bu ideya kimin idi?” sualına erməni direktor belə cavab verib: “Bu, layihə işi idi.”

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kral-Papa   Ermənistan  


Bizi "telegram"da izləyin