“Past”: Bu hakimiyyət o yerə çatıb ki, hətta onların sevimli Qərbi belə korrupsiyalarını gizlətmək istəmir

2024/04/1713597852.jpg
Oxunub: 125     11:23     20 Aprel 2024    
Bir neçə il əvvəl Nikol Paşinyana “Bəs korrupsiya...” sualını verəndə o, dərhal “...birmənalı şəkildə kökünü kəsmişik” cavabını verirdi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, son vaxtlar Paşinyan daha yumşaq cavab verir.

“Məsələn, deyir: “...bəli, var, amma sistemli deyil”. Bu, hətta təbiidir. Hər halda deməyəcəkdilər ki, biz yuxarıdan-aşağı korrupsionerik. Amma gəlin hakimiyyəti öz tərifləri, özündən razılıqları ilə baş-başa buraxaq və qeyd edək ki, hətta Qərb təşklatı “Freedom House” da bu məsələdə vəziyyətin nə qədər pis olduğunun fərqindədir. Paşinyan başda olmaqla, bu hakimiyyət o yerə çatıb ki, hətta onların sevimli Qərbi belə korrupsiyalarını gizlətmək istəmir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərbi   Korrupsiya  


Bizi "telegram"da izləyin