Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

2024/04/1713596276.jpg
Oxunub: 125     10:29     20 Aprel 2024    
Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.

Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Silah  


Bizi "telegram"da izləyin