İspaniya və Türkiyə HHM təlimi keçirib

2024/04/1713595951.jpg
Oxunub: 120     12:37     20 Aprel 2024    
Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat sözçüsü, kontr-admiral Zeki Aktürk mətbuat konfransında İspaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dedalo-24” Ekspedisiya Hücum Missiya Qrupuna aid “Galicia” və “Reina Sofia” gəmilərinin 12-15 aprel tarixləri arasında Aksaz limanına səfər etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Aktürk Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan 4 ədəd F-16 döyüş təyyarəsi ilə Antalyada Hava Hücumundan Müdafiə (HHM) təliminin keçirildiyini də bildirib.

O, həmçinin bildirib ki, İspaniya HDQ-nin “Blas de Lezo” gəmisi İzmirə, “Juan Carlos” gəmisi isə İstanbula liman səfəri edib.

Gəmi Dardanel boğazından keçərək, İstanbul Sirkecidə lövbər salıb. Gəmi daha öncə 6 fevral zəlzələsindən sonra yardım materialları gətirmək üçün Hataya gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Türkiyə   HHM  


Bizi "telegram"da izləyin