2028-ci ilə qədər Türkiyədə Sürət, Mühərrik və Yanacaq texnologiyaları sahələrində 2 yeni tədqiqat və inkişaf layihəsi həyata keçiriləcək

2024/04/TEI-T-1713595809.jpg
Oxunub: 118     12:14     20 Aprel 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) 2024-2028-ci illər üçün Strateji Planı dərc edilib.

Ordu.az xəbər verir ki, Strateji Plan Türkiyə Əsri vizyonuna xidmət edəcək və son 20 ildə müdafiə sənayesi sahəsində göstərilən inkişafın davamlılığını dəstəkləyəcək 3 məqsəd, bu məqsədlər altında 14 hədəf və bu hədəflər çərçivəsində 55 performans göstəricisi üzərində qurulub.

2024-2028-ci illər Strateji Planında 55 performans göstəricisi arasında “Hərəkət, Mühərrik və Yanacaq texnologiyaları sahələrində başlanmış tədqiqat və təkmilləşdirmə layihələrinin sayı” da var.

Bu çərçivədə, Türkiyə MSK-nin 2024-2028-ci illər Strateji Planına əsasən, 2028-ci ilə qədər Sürət, Mühərrik və Yanacaq texnologiyaları sahələrində 2 yeni tədqiqat və inkişaf layihəsi həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   Strateji-Plan  


Bizi "telegram"da izləyin