Türkiyənin rəhbərliyi ilə 2 beynəlxalq layihə həyata keçiriləcək

2024/04/FvC7z-1713595534.jpg
Oxunub: 174     11:43     20 Aprel 2024    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) 2024-2028-ci illər üçün Strateji Planı dərc edilib.

Ordu.az xəbər verir ki, Strateji Plan Türkiyə Əsri vizyonuna xidmət edəcək və son 20 ildə müdafiə sənayesi sahəsində göstərilən inkişafın davamlılığını dəstəkləyəcək 3 məqsəd, bu məqsədlər altında 14 hədəf və bu hədəflər çərçivəsində 55 performans göstəricisi üzərində qurulub.

“Sektor İnkişafında Rəqabət Qabiliyyətinin və Davamlılığın Təmin Edilməsi” məqsədi ilə müəyyən edilən Performans Göstəriciləri arasında “Türkiyənin rəhbərliyi altında dost və müttəfiq ölkələrlə həyata keçiriləcək birgə layihələrin sayı” da var.

Bu çərçivədə 2024 və 2026-cı illərdə Türkiyənin rəhbərliyi ilə ən azı 2 ortaq layihənin həyata keçirilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   Strateji-Plan  


Bizi "telegram"da izləyin