2028-ci ilə qədər Türkiyədə Peyk, Kosmik və Aviasiya texnologiyaları sahələrində üç yeni tədqiqat və inkişaf layihəsi həyata keçiriləcək

2024/04/photo-1713595426.jpg
Oxunub: 141     11:12     20 Aprel 2024    
2028-ci ilə qədər Türkiyədə Peyk, Kosmik və Aviasiya texnologiyaları sahələrində üç yeni tədqiqat və inkişaf layihəsi həyata keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) 2024-2028-ci illər üçün Strateji Planında bildirilib.

Strateji Plan Türkiyə Əsri vizyonuna xidmət edəcək və son 20 ildə müdafiə sənayesi sahəsində göstərilən inkişafın davamlılığını dəstəkləyəcək 3 məqsəd, bu məqsədlər altında 14 hədəf və bu hədəflər çərçivəsində 55 performans göstəricisi üzərində qurulub.

2024-cü ilə daxil olarkən, Türkiyə MSK tərəfindən həyata keçirilən layihələrin sayı təxminən 1000-ə, sektorda çalışanların sayı 90 minə, ixracat isə 6 milyard dollara yaxınlaşıb.

2024-2028-ci illər Strateji Planına əsasən, 2028-ci ilə qədər Peyk, Kosmik və Aviasiya texnologiyaları sahələrində 3 yeni tədqiqat və inkişaf layihəsi həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Peyk   Kosmik   Aviasiya   Texnologiya  


Bizi "telegram"da izləyin