Almaniya Ukraynaya yeni IRIS-T verəcək

2024/04/Ukrai-1713592482.jpg
Oxunub: 201     15:17     20 Aprel 2024    
Almaniya Ukraynaya əlavə Hava Hücumundan Müdafiə (HHM) sistemi verir.

Ordu.az xəbər verir ki, Almaniya kanslerinin müavini Robert Habek və “Diehl Defence” şirkətinin baş direktoru Helmut Rauç aprelin 18-də Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.

Habek və Rauç Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, daha sonra mətbuat konfransı keçiriblər.

Jurnalistlərin suallarını cavablandıran Habek və Rauç gələcəkdə Ukraynaya dəstəyin vacibliyini vurğulayaraq, yaxın günlərdə yeni IRIS-T SLM HHM sisteminin Ukraynaya təhvil veriləcəyini açıqlayıblar.

“Sistemlərimizdən üçü artıq Ukraynadadır və daha çoxu bu il çatdırılacaq. Növbəti sistemi yaxın bir neçə həftə ərzində təqdim edəcəyik”, - deyə Rauç qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna   IRIS-T  


Bizi "telegram"da izləyin