Türkiyə Milli Müdafiə Nazirliyində Müdafiə Jurnalistikası Təlimi başlayıb

2024/04/09fcf-1713592376.jpg
Oxunub: 134     14:57     20 Aprel 2024    
Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyi tərəfindən mətbuat mənsubları üçün Müdafiə Jurnalistikası Təlimi 2024-cü il aprelin 19-da Milli Müdafiə Nazirliyində başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

“Ölkəmizin müdafiə sahəsində fəaliyyətinin ictimaiyyətə çatdırılması ilə bağlı Milli Müdafiə Nazirliyi ilə mətbuat mənsubları arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması məqsədilə planlaşdırılan bu təlim 4 həftə davam edəcək”, - deyə mövzu ilə bağlı nazirlikdə verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, təlimdə vizual, yazılı və rəqəmsal media sahələrində çalışan mətbuat nümayəndələri iştirak edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Müdafiə-Jurnalistikası-Təlimi  


Bizi "telegram"da izləyin