Ermənistanda hərbçi ölü tapılıb

2024/04/3636s-1713591366.jpg
Oxunub: 286     10:00     20 Aprel 2024    
Böyük Qarakilsə şəhərində erməni hərbi qulluqçunun meyiti tapılıb.

Ordu.az xəbər verir ki, aprelin 19-da saat 09:40 radələrində “Vanadzor” tibb məntəqəsindən Ermənistan Daxili İşlər Nazirliyinin Taron polis şöbəsinə məlumat daxil olub.

Məlumatda qeyd olunub ki, “Vanadzor” tibb məntəqəsinin təcili yardım həkimlərinin növbətçi briqadası Böyük Qarakilsə şəhərində yerləşən binalardan birindəki mənzilə gedib və orada kişi meyiti aşkar edib.

Polis və patrul əməkdaşları həmin evin hamamında ev sakini 31 yaşlı Z. Aramayisin meyitini aşkar ediblər.

Ekspertizanın ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.

İlkin məlumata görə, ölümə səbəb dəm qazı olub.

Qeyd olunur ki, ölən şəxs Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində taqım komandirinin müavini kimi qulluq edirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Ölüm  


Bizi "telegram"da izləyin