Erməni siyasi xadim: “Ermənistan respublika əhəmiyyətli yolun Güney kəndi yaxınlığındakı bir hissəsini Azərbaycana verir”

2024/04/1713591048.jpg
Oxunub: 203     09:35     20 Aprel 2024    
“Ermənistan respublika əhəmiyyətli yolun (H-58) Güney (Kirants) kəndi yaxınlığındakı bir hissəsini Azərbaycana verir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yaşanılası Ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan “Facebook” səhifəsində yazıb.

“Uzunluğu 59 km olan bu yol (Haçasu (Açacur) kəndindən Hağtanak kəndinə qədər) Nikol Paşinyan hökuməti tərəfindən 30.11.2023-cü ildə təsdiq edilib. Ona görə də yolun həmin hissəsinin təhvil verilməsi cinayətdir”, - deyə Arakelyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin