Türkiyə MSK-dən ASELSAN-a yeni HHM missiyası tapşırılıb

2024/04/1713589630.jpg
Oxunub: 167     13:12     20 Aprel 2024    
ASELSAN ilə Türkiyə Müdafiə Sənayesi Komitəsi (MSK) arasında “Hava Hücumundan Müdafiə (HHM) Sistemləri”nin tədarükü üçün 36 milyon dollarlıq müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində tədarüklər 2027-2028-ci illər arasında həyata keçiriləcək.

Şirkətin yeni iş müqaviləsi ilə bağlı açıqlaması Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) dərc edilib.

Açıqlamada aşağıdakı ifadələr yer alıb:

“ASELSAN ilə Türkiyə Cümhuriyyətinin Müdafiə Sənayesi Komitəsi arasında “HHM Sistemləri”nin tədarükü üçün 36 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində tədarüklər 2027 və 2028-ci illərdə həyata keçiriləcək”.

Sonuncu dəfə 2024-cü il fevralın 28-də ASELSAN ilə Türkiyə MSK arasında “Yaxın HHM Sistemləri”nin tədarükü üçün 82 milyon avroluq müqavilə imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK   ASELSAN  


Bizi "telegram"da izləyin