STM sualtı qayıqları milli və müasir sistemlərlə təchiz edərək, onların ömrünü uzadır - VİDEO

2024/04/1713589500.jpg
Oxunub: 193     12:50     20 Aprel 2024    
Türkiyənin müdafiə sənayesi şirkəti olan STM sualtı qayıqları milli və müasir sistemlərlə təchiz edərək, onların ömrünü uzadır.

Ordu.az xəbər verir ki, şirkət milli mühəndislik imkanları və beynəlxalq hərbi dəniz təcrübəsi ilə sualtı qayıqların dizaynı, inşası və modernləşdirilməsi sahələrində mühüm vəzifələri yerinə yetirir.

STM sualtı qayıqların modernləşdirilməsi layihələrində layihənin idarə olunmasından gəmi dizaynına, platforma inteqrasiyasından avadanlıq fəaliyyətlərinə qədər açar təhvil həlləri hazırlayır.

STM-in üzərində işlədiyi sualtı qayıq modernləşdirmə layihələri bunlardır:

“Ay” Sinfinə Məxsus Sualtı Qayıqların Modernləşdirilməsi (Tip 209-1200)
“Preveze” Sinfinə Məxsus Sualtı Qayıqların Modernləşdirilməsi (Tip 209-1400)
“Gür” Sinfinə Məxsus Sualtı Qayıqların Modernləşdirilməsi (Tip 209-1400)
“Agosta 90B” Sinfinə Məxsus Sualtı Qayıqların Modernləşdirilməsi


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM  


Bizi "telegram"da izləyin