Fransanın “Charles de Gaulle” aviadaşıyıcı gəmisi tarixində ilk dəfə NATO komandanlığı altında fəaliyyət göstərəcək

2024/04/Charl-1713589283.jpg
Oxunub: 117     12:01     20 Aprel 2024    
Fransanın “Charles de Gaulle” aviadaşıyıcı gəmisi tarixində ilk dəfə NATO komandanlığı altında fəaliyyət göstərəcək.

Ordu.az xəbər verir ki, “Charles de Gaulle” aviadaşıyıcı gəmisi təxminən beş aya yaxın davam edən aralıq texniki fasilədən sonra bir neçə həftədir ki, istismara verilib.

Bu kontekstdə “Charle de Gaulle” GAN və ya TF473 olaraq adlandırılan aviadaşıyıcı gəmi tapşırıq qrupunun bir hissəsi olaraq yenidən yerləşdirilməyə hazır vəziyyətə gətirilib.

Məlumata görə, gəmi Babül-Məndəb boğazı ətrafında ticarət nəqliyyatını hədəf alan Husi qiyamçıları ilə hər hansı bir gərginlikdən çəkinmək məqsədilə Qırmızı dənizdəki mövcudluğa məhəl qoymadan, yalnız Aralıq dənizinə diqqət yetirəcək qısa bir missiya üçün aprelin 26-da Tulondan yola düşəcək.

“Akila” adlı bu tapşırıq çərçivəsində GAN 3-27 may tarixləri arasında İtaliya Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil olunacaq “Mare Aperto 24” təlimində iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Charles-de-Gaulle  


Bizi "telegram"da izləyin