“İncirlik” əsas reaktiv baza oldu: Türkiyə Milli Müdafiə Nazirliyindən kritik dəyişiklik

2024/04/AKINC-1713588719.jpg
Oxunub: 187     10:33     20 Aprel 2024    
Adananın İncirlik bölgəsində yerləşən 10-cu Tanker Baza Komandanlığının adı dəyişdirilərək, “10-cu Əsas Reaktiv Baza Komandanlığı” olub.

Ordu.az xəbər verir ki, 10-cu Tanker Baza Komandanlığı kimi tanınan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında olan KC-135R yanacaqdoldurma təyyarələrinin yerləşdiyi “İncirlik” bazasının adı dəyişdirilib.

Türkiyə HHQ-nin ehtiyaclarına uyğun olaraq bazanın yeni adı “10-cu Əsas Reaktiv Baza Komandanlığı” olub.

Yeni qərara uyğun olaraq bir müddət “İncirlik”də yerləşdirilən Türkiyə döyüş təyyarələrinin sayı da artacaq. Bazaya hansı F-16 eskadrilyalarının yerləşdiriləcəyi hələlik açıqlanmayıb. Bundan əlavə, Türkiyə HHQ-nin inventarında olan zərbə tipli pilotsuz uçuş aparatları da “İncirlik”də yerləşdirilib.

Bu yaxınlarda HAVELSAN tərəfindən istehsal edilən F-16C Tam Missiya Simulyatoru da “İncirliy”ə köçürülüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İncirlik   Türkiyə   HHQ  


Bizi "telegram"da izləyin