“Kaan” döyüş təyyarəsində yeni mərhələ üçün müqavilə imzalanıb

2024/04/HURKU-1713588610.jpg
Oxunub: 144     10:12     20 Aprel 2024    
“Kaan” döyüş təyyarəsinin təfərrüatlı dizaynı və ixtisas sınaqlarını özündə əks etdirən Faza-1 Mərhələ-2 fəaliyyətləri üçün müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) binasında “İnsanlı Hava Platformaları İmza Mərasimi” keçirilib.

Mərasim çərçivəsində “Kaan”, “Hürjet”, “Hürkuş-B” və “Gökbey” platformaları üçün bir sıra yeni qərar və sərəncamlar imzalanıb.

Mərasimdə Türkiyə milli müdafiə naziri Yaşar Gülər, daxili işlər naziri Əli Yerlikaya, Müdafiə Sənayesi Komitəsi (MSK) sədri Haluk Görgün, qüvvələr komandirləri, Jandarma və Sahil Mühafizə komandirləri və polis baş müdiri iştirak edib.

İmzalanan müqavilə ilə “Kaan” döyüş təyyarəsinin Faza-1 Mərhələ-1 fəaliyyətlərinin ardından gələn Faza-1 Mərhələ-2 fəaliyyətlərinə başlanılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaan   Türkiyə   MSK  


Bizi "telegram"da izləyin