ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

2024/04/1713588073.jpg
Oxunub: 140     08:31     20 Aprel 2024    
Amerika Birləşmiş Ştatları öz hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” nəşrinin jurnalisti Con Hudson “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

O qeyd edib ki, ABŞ dövlət katibinin müavini Kurt Kempbell Nigerin baş naziri Əli Lamine Zeyin ilə görüşündə onun ABŞ qoşunlarının Qərbi Afrika ölkəsindən çıxarılması tələbini qəbul edib.

Jurnalistin fikrincə, ABŞ-ın uzun müddətdir etiraz etdiyi bu addım Amerika qüvvələrinin Qərbi Afrikada antiterror əməliyyatları keçirməyə hazırlığını dəyişəcək.

“Reuters” də öz növbəsində mənbəyə istinadən qeyd edib ki, yaxın günlərdə ABŞ hərbi qüvvələrinin ölkədən çıxarılmasının dəqiq necə həyata keçiriləcəyi ilə bağlı məsləhətləşmələr aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Niger  


Bizi "telegram"da izləyin