ABŞ İraqa zərbə endirməsi ilə bağlı xəbərləri təkzib edib

2024/04/1713587586.jpg
Oxunub: 125     06:35     20 Aprel 2024    
Amerika Birləşmiş Ştatları ordusunun İraqda hava hücumları təşkil etdiyinə dair yayılan xəbərləri təkzib edib.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“ABŞ-ın bu gün İraqa hava zərbələri endirdiyi barədə xəbərlərdən məlumatlıyıq. Bu xəbərlər həqiqətə uyğun deyil. ABŞ bu gün İraqa hava hücumu həyata keçirməyib”, - bəyanatda deyilir.

Bundan əvvəl bir sıra KİV-lər, o cümlədən “Reuters” mənbələrə istinadən xəbər verib ki, aprelin 19-da axşam saatlarında İranyönlü “Əl-Həşd Əş-Şaabi” yaraqlılarının Bağdaddan 50 km cənubda istifadə etdiyi Kalsu hərbi bazasında partlayışlar baş verib. Qeyd olunub ki, hərbi bazaya hava zərbəsi endirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq  


Bizi "telegram"da izləyin