ABŞ Belarusun və Çinin üç firmasına sanksiya tətbiq edib

2024/04/1713587483.jpg
Oxunub: 105     04:44     20 Aprel 2024    
ABŞ Pakistana raket texnologiyası ötürdüyü iddiası ilə Minsk Təkərli Traktor Zavodu və üç Çin müəssisəsinə sanksiya tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Sənəddə qeyd olunur ki, sanksiyalar “Pakistanın ballistik raket proqramı, o cümlədən uzaqmənzilli raket proqramı üçün raketlərdə istifadə olunan məhsulların ötürülməsi” iddiası ilə tətbiq edilir.

Amerika xarici siyasət departamentinin mətbuat xidmətinin məlumatına görə, məhdudiyyətlərə məruz qalan müəssisələr “kütləvi qırğın silahlarının və ya onların çatdırılma vasitələrinin yayılmasına” töhfə verən və ya töhfə verə biləcək “hərəkətlərdə və ya əməliyyatlarda iştirak edirlər”.

Xüsusilə, onların “bu cür avadanlıqları Pakistan tərəfindən istehsal etmək, əldə etmək, saxlamaq, inkişaf etdirmək, daşımaq, ötürmək və ya istifadə etmək üçün səy göstərə biləcəyi” iddia edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Belarus   Çin  


Bizi "telegram"da izləyin