Ağ Ev Ukraynaya silah tədarükünü dərhal bərpa etməyə hazır olduğunu açıqlayıb

2024/03/1709788274.jpg
Oxunub: 149     02:04     20 Aprel 2024    
Amerika Prezidenti Co Baydenin Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihələri Konqresin Nümayəndələr Palatası və Senatı tərəfindən qəbul olunarsa imzalanacaq və Vaşinqton dərhal Kiyevə silah tədarükünü bərpa edə biləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.

ABŞ-nin Ukraynaya silah tədarükünü hansı müddtdə tez bərpa edə biləcəyi ilə bağlı suala Jan-Pyer “Dərhal, dərhal”, - deyə cavab verib.

Bundan əlavə rəsmi nümayəndə Ukrayna Silahlı Qüvvələrinin geri çəkildiyini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   Silah  


Bizi "telegram"da izləyin