BMT-nin Baş katibi İranın XİN rəhbəri ilə görüşdə təmkinli olmağa çağırıb

2021/08/LCR11-1628830551.jpg
Oxunub: 143     00:04     20 Aprel 2024    
BMT-nin Baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşdə Yaxın Şərqdə bütün tərəflərin maksimum təmkinli olmasının vacibliyini vurğulayıb.

Ordu.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə Baş katib İranın İsrailə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi mövqeyini təsdiqləyib, həmçinin maksimum təmkinliliyin vacibliyinə işarə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   İran  


Bizi "telegram"da izləyin