Azərbaycanın güc strukturları Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” tədbirdə iştirak edir

2024/04/1713509918.jpg
Oxunub: 183     10:45     19 Aprel 2024    
Azərbaycanın güc strukturları Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” tədbirdə iştirak edir.

Ordu.az-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbərinə görə, Türkiyənin Ankara şəhərində “Müdafiə və Havaçılık sahəsində” altıncı dəfə keçirilən tədbirə Türkiyənin 300-ə yaxın şirkəti ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti və digər güc strukturlarının nümayəndələri də qatılıb.

Tədbirin açılış mərasimində Türkiyənin Müdafiə Sənayesi naziri də iştirak edib.

“ICDDA 2024”-də mülki aviasiya, quru, dəniz, hava sistemləri və daxili təhlükəsizlik sahələrində təcrübəli ekspertlərin moderatorluğu ilə bir sıra panel müzakirələr təşkil edilib.

Tədbir müzakirələr, təcrübə mübadiləsi və sərgi ilə işini davam etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Müdafiə-və-Havaçılık-sahəsində   Tədbir  


Bizi "telegram"da izləyin