KİV: Paşinyan böyük ehtimalla həm inauqurasiyada, həm də AİB-in yubiley sammitində iştirak edəcək

2024/04/2024--1713509380.jpg
Oxunub: 144     10:39     19 Aprel 2024    
Vladimir Putinin andiçmə mərasimi mayın 7-nə planlaşdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu il həm də Ermənistanın sədrlik etdiyi Avrasiya İqtisadi Birliyinin (AİB) 10 illiyidir.

“Mayın 8-də Moskvada AİB-in yubiley sammiti, mayın 9-da isə ənənəvi qələbə paradı keçiriləcək. Paşinyan bu tədbirlərdə iştirak edəcək, paradda qalacaq, yoxsa qalmayacaq? Ermənistan hökuməti bunu açıqlamır, absurd bir fikir bildirir: “Ermənistan Baş nazirinin aparatı bütün səfərlər barədə vaxtında məlumat verir”. Lakin hakim partiya dairələrində deyirlər ki, Paşinyan böyük ehtimalla həm inauqurasiyada, həm də AİB-in yubiley sammitində iştirak edəcək, lakin o, “parad”da iştirak etməyə bilər, ancaq bu da hələ yekun deyil”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   İnaquasiya   Paşinyan  


Bizi "telegram"da izləyin