Paşinyan Voskepara niyə helikopterlə gedib?

2024/04/image-1713509255.jpg
Oxunub: 176     10:57     19 Aprel 2024    
Hökumət kulislərində Nikol Paşinyanın Voskepara (Əskipara) helikopterlə getməsi ilə bağlı diqqətəlayiq bir fərziyyə dolaşır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, deyirlər ki, problem yolda narazı insanların müqavimətindən qaçmaq yox, İcevan-Noyemberyan dövlətlərarası yolundan yan keçmək olub.

“Paşinyanın fikrincə, bu yolun Voskepara gedən hissəsi, Alma-Ata Bəyannaməsinə əsasən, Azərbaycan ərazisidir. Yəni yolun həmin hissəsinin Azərbaycan ərazisi olduğunu artıq beynində, davranışında təsbit edib, ona görə də bundan istifadə etməkdən yayınır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Voskepar   Helikopter  


Bizi "telegram"da izləyin