Sabiq erməni rəsmi: “Əslində Rusiya Cənubi Qafqazın bu hissəsində öz təsirini və mövcudluğunu itirir”

2024/04/1713509175.jpg
Oxunub: 198     11:11     19 Aprel 2024    
“Geniş yayılmış məlumata görə, Rusiya sülhməramlı qüvvələri Qarabağdan çıxarılır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Dövklət Gəlirləri Komitəsinin keçmiş sədri Davit Ananyan yazıb.

Onun sözlərinə görə, hərəkət Azərbaycan ərazisindən Rusiya Federasiyasına (Dağıstan) baş tutacaq, bu da onu göstərir ki, bu regionda sülhməramlı kontingent üçün əvvəllər məhdudlaşdırılmış missiya artıq aktual deyil, yeni missiyaları “formalaşdırmaq” isə artıq mümkün deyil.

“Əslində Rusiya Cənubi Qafqazın bu hissəsində öz təsirini və mövcudluğunu (yaxud onların nominallığını və illüziyasını) itirir ki, bu da Rusiya Federasiyası və Azərbaycan rəhbərliyinin ən yüksək səviyyəsində qərardır”, - deyə Ananyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Cənubi-Qafqaz  


Bizi "telegram"da izləyin