“Freedom House”: Ermənistanda korrupsiyanın vəziyyəti ilə bağlı durğunluq və tənəzzül müşahidə olunur

2024/04/1712998745.jpg
Oxunub: 114     11:33     19 Aprel 2024    
Ermənistanda korrupsiyanın vəziyyəti ilə bağlı ictimai rəydə əvvəlki illərlə müqayisədə durğunluq və tənəzzül müşahidə olunur.

Ordu.az xəbər verir ki, bu barədə “Freedom House” hüquq müdafiəsi təşkilatının “Nations in Transit 2024” adlı illik hesabatında deyilir.

Hesabata görə, Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) 2023-cü ilin sonunda keçirdiyi sorğulara əsasən, respondentlərin 44 faizi son altı ayda korrupsiyaya qarşı mübarizənin yaxşılaşdığını, 21 faizi isə daha da pisləşdiyini düşünür.

Qeyd olunub ki, 2018-ci ilin sorğusu ilə müqayisədə korrupsiyaya qarşı mübarizə səyləri ilə bağlı optimistlərin sayı iki dəfə azalıb, skeptiklərin sayı isə 10 dəfədən çox artıb, üstəklik, ilin əvvəli ilə müqayisədə demək olar heç bir dəyişiklik olmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin