Erməni komandir: “Orada istəyir İşxan yox, Petros olaydı, yenə də heç nə edə bilməzdi, bu müharibə o müharibə olmayıb”

2024/04/1713508964.jpg
Oxunub: 315     11:53     19 Aprel 2024    
44 günlük müharibə zamanı döyüş meydanını tərk etməkdə və fəaliyyətsizlikdə günahlandırılan erməni komandir İşxan Vahanyan İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin Kentron və Nork Maraş iqamətgahında hakim Con Hayrapetyanın sədrliyi ilə ifadə verib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bildirib.

“Müharibə zamanı ölənlər, yaralananlar olur, valideynlərin buna cavabı yoxdur. Ordunun mənəvi-psixoloji durumu, parçalanmış dövlət kobud taktiki səhvdən yaranıb. Kobud pozuntu baş verəndə, şəxsi heyəti birləşdirmək artıq çətinləşir. Bizim 3 xəttimiz var idi: birinci xətt 2-ci və 3-cü atıcı taborlarının arxası, 2-ci xətt 1-ci taborun arxası, 3-cü xətt isə Füzuliyə doğru artıq 4-cü atıcı taborunun başlanğıcı, 1-cinin sonu olub. Şəxsi heyətin parçalanması 1-ci atıcı bölükdən, komandir vəzifəsini icra edən Varderesyandan başlayıb, çünki o, yanlış döyüş əmrləri verib”, - deyə o qeyd edib.

Hayrapetyan deyib ki, əsas zərbə istiqaməti Cəbrayıl olub, Azərbaycan Ordusu T90 ilə əks-hücuma keçib.

“Orada istəyir İşxan yox, Petros olaydı, yenə də heç nə edə bilməzdi, bu müharibə o müharibə (Qarabağ müharibəsinin birinci mərhələsi-red.) olmayıb. İşxan T90-ı həyatında bir dəfə Hərbi İnstitutda görüb. Qoşunun hazır olub-olmaması artıq mənim məsələm deyildi”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   İstintaq  


Bizi "telegram"da izləyin