İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb - YENİLƏNİB

2024/04/1713503545.jpg
Oxunub: 195     09:00     19 Aprel 2024    
İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Aviasiya Təşkilatının sözçüsü bildirib.

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarına uçuşlar üzrə tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb.

Məhdudiyyətlərin digər hava limanlarında da aradan qaldırıldığı qeyd edilib.

***

İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Reuters" İranın dövlət mediasına istinadən xəbər yayıb.

"İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb", - İran agentliyi bildirib.

Bundan əvvəl İsfahan əyalətində partlayış barədə məlumat verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hücum  


Bizi "telegram"da izləyin