MKİ rəhbəri: "İsrail İrana cavab üzərində düşünür"

2024/04/1713503249.jpg
Oxunub: 114     05:55     19 Aprel 2024    
İsrail İranın hücumuna mümkün cavab variantını nəzərdən keçirməkdə davam edir, lakin ABŞ regionda gərginliyin azaldılmasına nail olmağa ümid edir.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns deyib.

"İsrail hökuməti şənbə gecəsi baş verənlərə cavab verməyi düşünür. Bilirsiniz ki, bu cavabı vermək onların seçimidir", - o deyib.

Berns qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden və siyasətçilərin hamısı bu vəziyyəti azaltmaq üçün bir yolun tapılacağına ümid edirlər.

“İranlılar 330-a yaxın pilotsuz təyyarə və raket atıblar, bunlardan yalnız dörd və ya beşi faktiki olaraq İsraili vurub və onların heç biri ciddi ziyan vurmayıb”, - MKİ rəhbəri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   İsrail   İran  


Bizi "telegram"da izləyin