Rusiya XİN: Argentinanın NATO ilə əməkdaşlığa dair müraciəti təəssüf doğurur

2024/04/1713502789.jpg
Oxunub: 106     01:21     19 Aprel 2024    
Argentinanın qlobal tərəfdaş kimi NATO ilə əməkdaşlıq etmək istəyi təəssüf doğurur.

Ordu.az xəbər verir ki, bunu aprelin 18-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “TASS“a müsahibəsində deyib.

“Təəssüf ki, hazırda Şimali Atlantika Alyansını təşkil edən dövlətlərdən minlərlə kilometr uzaqda olan ölkələr var ki, onlar bu qruplaşma ilə münasibətlərini rəsmiləşdirməyə meyllidirlər”, - diplomat qeyd edib.

Ryabkovun sözlərinə görə, bu addımlar təəssüf doğurur və heç kimə əlavə təhlükəsizlik vermir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Argentina   NATO  


Bizi "telegram"da izləyin