COP29-un prezidenti Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb

2024/04/1713502652.jpg
Oxunub: 99     00:05     19 Aprel 2024    
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun keçirdiyi yaz toplantısı çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyasının 11-ci iclası çərçivəsində Avropa İnvestisiya Bankının rəhbəri Nadia Kalvino ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə COP29-un "X" səhifəsində paylaşım edilib.

Görüşdə tərəflər AİB və digər bankların iqlim maliyyələşdirilməsindəki rolu barədə müzakirələr aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: COP29   Avropa  


Bizi "telegram"da izləyin