Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə üzv olması ilə bağlı qətnaməni dəstəkləməyəcək

2023/05/1683869406.jpg
Oxunub: 138     21:55     18 Aprel 2024    
ABŞ BMT Təhlükəsizlik Şurasının Fələstinin təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu ilə bağlı qətnamə layihəsinə qarşı çıxacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Bununla belə, Patel ABŞ-nin Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllinə sadiq olduğunu təsdiqləyib.

"BMT-yə üzv olmaq Fələstinin dövlətçilik əldə etməsinə yardımçı olmayacaq", - Departament rəsmisi bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fələstin   BMT  


Bizi "telegram"da izləyin