Şolts: “NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər”

2024/04/1712989373.jpg
Oxunub: 162     21:02     18 Aprel 2024    
NATO-ya üzv ölkələr Ukraynanı altı "Patriot" sistemi ilə təchiz edə bilər.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Onun sözlərinə görə, Almaniyadan gətirilən sistemlə birlikdə “Patriot”ların ümumi sayı yeddiyə çata bilər.

“Biz eşitmişik ki, onların sayı yeddi ədəd olmalıdır. Biri bizimdir, ümid edirik ki, əlavə altısı da tapılacaq”, - kansler qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı ölkələri öz anbarlarında saxlanılan “Patriot” sistemlərini Kiyevə göndəməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Patriot  


Bizi "telegram"da izləyin