Zurabişvili: “Xarici təsir” qanunu Aİ-yə üzvlük danışıqlarına başlanılmasının qarşısını almaq üçündür”

2023/06/43aed-1685632365.jpg
Oxunub: 123     20:19     18 Aprel 2024    
Gürcüstanın bu ilin sonunda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına başlamaq perspektivi var və “xarici təsir” qanunu məhz buna qarşı mübarizə aparır.

Ordu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Fransa telekanalına müsahibəsində deyib.

O, qanun layihəsinin Moskvanın maraqlarına cavab verdiyini, hakim partiyanın ölkənin Avropa İttifaqı yoluna zidd olan bir sıra digər qanunla da qəbul etdiyini qeyd edib.

“Bu qanun Rusiya yönümlü qanun deyil, Rusiya qanunudur. Bu Prezident Putin tərəfindən qəbul edilmiş qanunun eynisidir”, - Zurabişvili deyib.

Prezident bu il oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin ölkənin Avropa gələcəyi üçün həlledici olacağını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zurabişvili   Gürcüstan  


Bizi "telegram"da izləyin