Bayden: "ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir"

2024/04/1712896871.jpg
Oxunub: 103     19:25     18 Aprel 2024    
ABŞ administrasiyası müttəfiqləri və tərəfdaşları ilə birlikdə İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyalar tətbiq edir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin bəyanatında deyilir.

“Bir həftədən az bir müddət əvvəl İran İsrailə qarşı dünyanın ən böyük raket və dron hücumlarından birini həyata keçirib. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İsraili müdafiə etdik. Biz bu hücumu dəf etməyə kömək etdik. Bu gün İranı məsuliyyətə cəlb edirik - ona qarşı yeni sanksiyalar və ixrac nəzarəti tətbiq edirik”, - o bildirib.

Onun sözlərinə görə, ABŞ İrana iqtisadi təzyiqi artırmaq üçün kollektiv şəkildə hərəkət etmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   ABŞ   İran  


Bizi "telegram"da izləyin