Türkiyəli nazir: "Tərəfdaş ölkələrlə birlikdə Orta dəhlizin imkanlarını artırmağa çalışırıq"

2024/04/8fdf8-1713452707.jpg
Oxunub: 98     18:01     18 Aprel 2024    
Türkiyə Azərbaycan, Qazaxıstan və Gürcüstanla birlikdə Orta dəhlizin imkanlarını artırmağa çalışır.

Ordu.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Orta dəhlizin Ticarət və Logistika Potensialının reallaşdırılması” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, sözügedən ölkələrin rəsmiləri tez-tez görüşüb müzakirə aparırlar:

“Üçtərəfli mexanizmlərə uyğun olaraq dəhlizin imkanlarının artırılmasına çalışırıq. Azərbaycan-Qazaxıstan və ya Azərbaycan-Gürcüstan mexanizmlərinin yaradılması buna nümunədir. Digər tərəfdən, bu ölkələrlə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bir araya gəlirik”.

Nazirin sözlərinə görə, Türk Dövlətləri Təşkilatı (TDT), Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT Avropa İqtisadi Komissiyası çərçivəsində daşımaların, gömrük prosedurlarının asanlaşdırılması istiqamətində də işlər gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Orta-dəhliz   Türkiyəli-nazir  


Bizi "telegram"da izləyin