Deputat: "Fransa kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu pozur"

2024/04/868db-1713443980.jpg
Oxunub: 123     16:08     18 Aprel 2024    
Fransa kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu pozur.

Ordu.az xəbr verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev “Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransa çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bugünkü konfrans Fransanın XXI əsrdə həyata keçirdiyi müstəmləkəçilik siyasətinin bir daha ifşası üçün xüsusi əhəmiyyət daşıyır:

"Başqalarına insan hüquqları ilə bağlı barmaq silkələyən Fransa 1873-cü ildən bu günədək kanak xalqını müstəmləkə altında saxlayır. Biz hər keçən gün Yeni Kaledoniyada kanak xalqının sayının azaldığının, fransızların isə əksinə çoxaldığının şahidi oluruq. Bu da referendumlarda kanak xalqının səsini yüksəltməsinə imkan vermir. Bu gün kanak xalqı Fransa tərəfindən məcburi işə cəlb olunur. Fransa həmçinin kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu pozur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Kanak-xalqı  


Bizi "telegram"da izləyin