BTQ direktoru: "Fransa hökuməti müstəmləkəsi altında olan regionlara təzyiqləri artırıb"

2024/04/86359-1713443845.jpg
Oxunub: 95     16:05     18 Aprel 2024    
BTQ-nin yaranmasından narahat olan Fransa hökuməti müstəmləkəsi altında olan regionlara təzyiqləri artırsa da, bu çərçivədə beynəlxalq əməkdaşlıq genişlənib.

Ordu.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) direktoru Abbas Abbasov Milli Məclisdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O vurğulayıb ki, BTQ bundan sonra da müstəmləkə siyasətindən əziyyət çəkən regionlara dəstək verəcək:

“Azərbaycan kolonializm və neokolonializmə qarşı mübarizə aparır. BTQ-nin yaradılması koloniaların ədalətli mübarizəsinə dəstək vermək baxımından mühüm addımdır. Qrupun yarandığı gündən etibarən, BTQ tərəfindən yeddi ay ərzində yeddi beynəlxalq konfrans keçirilib”.

A.Abbasov bildirib ki, Fransa hökuməti özünün dənizaşırı ərazilərində ədalətli müstəqillik mübarizəsi aparan şəxslərə və təşkilatlara qarşı müxtəlif formalı təzyiqlərə əl atır:

"Azərbaycan beynəlxalq arenada dekolonizasiyanın təşviq edir, kolonializmdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyir. Böyük qürur hissi ilə bildirirəm ki, Prezident İlham Əliyevin BTQ-nin fəaliyyətini yüksək qiymətləndirib.

BTQ-nin fəaliyyətindən ciddi narahat olan Fransa hökuməti Fransa dənizaşırı ərazilərində ədalətli müstəqillik mübarizəsi aparan şəxslərə və təşkilatlara qarşı müxtəlif formalı təzyiqlər göstərir. BTQ-nin müstəqillik uğrunda mübarizə aparan regionlara dəstəyi davam edəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Müstəmləkə  


Bizi "telegram"da izləyin