B-1B bombardmançı təyyarələri “İncirlik” bazasına gəlir

2024/04/2024--1713430824.jpg
Oxunub: 217     16:47     18 Aprel 2024    
ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 2 ədəd B-1B “Lancer” bombardmançı təyyarəsi İspaniyanın “Moron” aviabazasından Türkiyənin “İncirlik” aviabazasına uçub.

Ordu.az xəbər verir ki, missiya çərçivəsində ABŞ təyyarələri “İncirliy”ə enməzdən əvvəl Türkiyə döyüş təyyarələri ilə inteqrasiyalı təlim keçir.

Bu təlimə əlavə olaraq ABŞ təyyarələrinin Türkiyə qüvvələri ilə koordinasiyalı şəkildə müxtəlif təlim fəaliyyətləri həyata keçirməsi gözlənilir.

ABŞ-nin Avropa Komandanlığı, ABŞ-nin Avropadakı HHQ-si və 39-cu Aviabazasının rəsmiləri Türkiyə Müdafiə Nazirliyi ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, ikitərəfli təlimlərin regionda əməkdaşlığa və ortaq müdafiəyə necə töhfə verdiyini qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ   B-1B   İncirlik  


Bizi "telegram"da izləyin