Qazaxıstanın ilk A400M hərbi nəqliyyat təyyarəsi görüntülənib

2024/04/2024--1713430688.jpg
Oxunub: 198     17:00     18 Aprel 2024    
“Airbus Defence” Qazaxıstan Respublikası üçün istehsal edilən ilk A400M-in görüntülərini paylaşıb.

Ordu.az xəbər verir ki, “Airbus Defence” rəsmi “X” hesabında etdiyi paylaşımda Qazaxıstan Respublikası üçün istehsal edilən ilk A400M nəqliyyat təyyarəsinin görüntülərini yayımlayıb.

Paylaşılan görüntülərdə müasir dizaynı ilə seçilən A400M-in Qazaxıstanın bayrağı və gerbi ilə rəngləndiyi görünür.

Bu paylaşımla “Airbus Defence” Qazaxıstana təhvil veriləcək ilk A400M təyyarəsinin təhvilinin yaxınlaşdığını bildirib.

Şirkətin aprelin 15-də verdiyi açıqlamaya görə, Qazaxıstan üçün istehsal edilən ilk A400M təyyarəsi İspaniyadakı “Airbus Defence and Space” obyektlərinin boya sexindən çıxıb.

“Airbus”un məlumatına görə, Ukraynadakı müharibədən əvvəl Astana 2 təyyarə sifariş edib və birincinin bu ilin sonunda təhvil verilməsi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   A400M  


Bizi "telegram"da izləyin